Firidun Agazadə - Ömür yolu bir körpüdür

Ədəbiyyat 13:00 / 20.05.2026 Baxış sayı: 232

Ömür yolu bir körpüdür

gəlmək-getmək arasında.

bəxt hansı tərəfdən gəlir,

gedim durum harasında?

 

Nola bir söz yetirələr,

səndən xəbər gətirələr,

bilsən nə xoş xatirələr

sızlar könül yarasında?

 

Yar sevdim yanımda qalsın,

nəinki canımı alsın,

axşamlar yerimi salsın

ala gözün qarasında.