DƏRD- MƏRD KİŞİLƏR  - Ələddin Əzimli

Ədəbiyyat 14:05 / 19.05.2026 Baxış sayı: 673

 

 

" Sətirlərdəki sən "dən

 

Dərdin

bacısı yox, qardaşlı yox,

dostu, sirdaşı yox.

Əli yox, qolu yox-

yapışasan bir yerindən.

Elə dərdlər var ki

nə məkanı, ocağı var,

nə çarəsi, əlacı var.

Dərdin

səsi kəm,

sədası kəm.

Xəbər verə bilə

gəlirəm,

ya da,

deyə bilə yorulmuşam,

daha çıxıb gedirəm.

Dərd

elə dərddir.

Bəzən, həlim, yumşaq,

bəzən, daşdan da bərkdir.

Dərdə

boyun əyənlər var.

Dərddən qaçanlar var.

Bu dünyada

nə yaxşı ki

haqqı bilən ərənlər var.

Salam olsun,

dərd daşıyan sərt kişilər!

Nə yaxşı ki varsınız,

təkəmseyrək mərd kişilər!