"Bir ömürdə iki dünya yaşadım " adlı tədbir keçirildi.
9 may 2026-cı il tarixdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında tanınmış şair,əslən Cəbrayıl rayonundan olan Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi münasibətilə "Bir ömürdə iki dünya yaşadım " adlı tədbir keçirildi.
Tədbirdə Cəbrayıl elinin ağsaqqalları, ziyalıları,şair və yazıçılar,şairin dostları, qohumları,Teatrın kollektivi, musiqiçilər iştirak etdilər.
Tədbirin moderatoru yazıçı, dramaturq Qafar Cəfərli idi.
Q.Cəfərli çıxış edərək 50 illik dostu ilə bağlı xatirələrini,arzu və istəklərini bildirdi və AYB- nin Fəxri Diplomunu yubilyara təqdim etdi .
Tədbirdə MM-nin deputatı Ceyhun Məmmədov, yubilyarın həmyerliləri Qasım Çələbi,Əliannağı Çələbi, Müstəqil Çələbi, sabiq Ali Məhkəmə hakimi Əli Rüstəmov,Teatrın direktoru Zivər Abbasova, yubilyarın gənclik dostu Loğman Həsənov,əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tanınmış şair Əzizə Ağahüseynqızı və başqaları çıxış edərək yubilyarı təbrik edib xoş arzularını bildirdilər.
Tanınmış müğənni Nadir Bayramlının,aşıq Ədalətin,Aişə Səyyadqızının, müğənni Sona Nərimanqızının,Şakir Bakiroğlunun,Arzu xanımın ifa etdikləri musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılandı.
Tədbirin sonunda Fərzalı Abbasəlioğlu və yubilyarın oğlu Natiq Həziyev çıxış edərək iştirakçılara təşəkkürlərini bildirdilər.



