Könül  Nuriyeva - İnsanın simasındakı ifadə…

YAZARLAR 09:16 / 13.05.2026 Baxış sayı: 306

 

Bu o qədər vacib göstəricidir ki…

Baxırsan ki, həm real həyatda, həm sosial şəbəkədə insanlar pafoslu vətənpərvərlər kimi çıxış edirlər, guya ədaləti sevirlər, guya insan haqqlarına hörmət edirlər, guya demokratdırlar, guya vicdanlıdırlar. Di gəl ki, üzünün ifadəsindən alçaqlıq yağır, səviyyəsizlik tökülür, mənasızlıq və saxtalıq simasına həkk olunub. Yəni, sənin dilin nə qədər boğazdan yuxarı şirin olsa da, hər murdar hadisədən birtəhər canını qurtarsan da, etdiyin ləyaqətsizlikləri vay- şüvən səs tonunla ört- basdır etsən də, üzün içinin güzgüsüdür. Üzündəki ifadə görə bilənlər üçün aydındır, görə bilməyənlər isə hələ saxta dostluq toruna düşəcəklər, özlərini dostluqda, özlərini isti yaxınlıqda hiss edəcəklər, ta ki, rolunu artıq davam etməyə səbrin çatmayacağı günə kimi…Amma, bir gün hər sima daxili bəyan etdiyi kimi, əsl kimliyi də ortaya qoyacaq. Necə deyərlər, ayı tələsər, armud isə vaxtında yetişər.