Islam Türkay - AĞLAMA

Ədəbiyyat 20:27 / 12.05.2026 Baxış sayı: 488

 

(Nəvəm Turana)

Canım -gözüm ,yağış yağır gözündən,

Zülüm-zülüm bu qılıqla ağlama.

Atan-anan ,nənən ,baban yanında,

Ürəyimi ,of,dağlama ,ağlama...

 

Sən güləndə günəş doğur üzündə,

Güllər açır çəhlimində,izində,

Min nəğmə var anlaşılmaz sözündə,

Çaylar kimi coşub çağla,ağlama...

 

Böyü ,boy at,sev elini ,obanı,

Qoy mən alım hər ağrını-qadanı.

Bir gün ölsəm kim ağlayar babanı?--

Göz yaşından bir az saxla,ağlama...

 

Bacılarım ...gözlərdə yaş qalmayıb...

Çox vuruldum...əllərdə daş qalmayıb...

Atam-anam ...olaydı kaş...qalmayıb...

Sən yaşama bu fəraqla, ağlama...

 

...Bir gün səndən olacam çox uzaqda,

Ruhum səndə, cismim isə---Qazaxda...

Baxma vaxta...gündə,qarda,sazaqda

Hərdən gəlib məni yoxla, ağlama..