Bəhram Bilaloğlu - Üzündən bezmişəm neçə üzlərin

Ədəbiyyat 10:00 / 13.05.2026 Baxış sayı: 1104

Üzündən bezmişəm neçə üzlərin,

Yanmışam közündə neçə gözlərin.

Düşük adamların çirkli izləri,

Ruhuma vurduğu odu yandırır.

 

Özgə adamları anlamaq olur,

Qalanda çarəsiz danlamaq olur.

Dərinə gedəndə qınamaq olur,

Ahıma vurduğu şadı yandırır.

 

Ömür bircə dəfə verilir sənə,

Salırsan ruhumu mənəvi qəmə.

Elə dolanırsan gözümdə nəmə,

Allaha çatanda dadı yandırır.

 

Nə deyim sən adlı ət parçasına,

Duyğular sərilir yad xalçasına.

Bənzəməz həyatın gül bağçasına,

Mah özü batanda cadu yandırır.