Şakir Xanhüseyn - ÇİNARIN, QOVAĞIN KÜL KÖLGƏSİ

Ədəbiyyat 11:46 / 13.05.2026 Baxış sayı: 1906

 

Hər şey sanasan yanıb-

kül üstünə kül

tökülür;

yağışlar kül yağır,

şimşəklər kül çaxır...

Bir ovuc kül topasıdı bu boyda yer üzü

lili, durusuyla,

yaşı, qurusuyla...

Yüz qatlı göydələnlər,

dəmir çardaqlar,

polad dayaqlar,

beton "ayaqlar" kül topasıymış, kül,

başı buluda dəyən

dağlar kül topasıymış...

Bax, günəşin, ayın işığı deyil,

külü səpilir dünyamızın üzərinə, bil...

Döyünür, döyünür

ürəyimiz kül,

gəlir süfrəyə çörəyimiz

kül kömbəsi.

çinarın, qovağın kölgəsinə bax,

kül kölgəsidi, kül kölgəsi...