Xalq şairi "Şərəf” ordeni ilə təltif edildi
\Xalq şairi , Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib.
Yenises.az bildirir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
O, bu təltifə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, mayın 20-də Xalq şairi Sabir Rüstəmxanlının 80 yaşı olur.