Bəhram Bilaloğlu -Gözlərin qəflətdən ayılmayıbsa...
Ədəbiyyat
09:50 / 20.08.2026
Baxış sayı: 1712
Gözlərin qəflətdən ayılmayıbsa,
Ha yaşa,ha çalış nə mənası var?
Dizlərin səcdədə qatlanmayıbsa,
Qatlanmaz dizlərin min fənası var.
Ruhun səma quşu,qırıq qanadlı,
Səmadan enməyə səbəb axtarır.
Yığdığın günahdan təngə gələrək
Mizanlı məkanda ləhəb axtarır.
Bircə savabına rast gələ bilsə,
Torpaq üzərinə endirməz, əsla.
Çökər kainatın ulduzu,ayı,
Ruhlar üsyan edər,gələr min bəla.