Əlirza HƏSRƏT - XUDAFƏRİN

Ədəbiyyat 17:50 / 19.08.2026 Baxış sayı: 1009

 

İki eli birləşdirən,

Bir qucaqdır Xudafərin.

Qəldən qəlbə şəfəq saçan,

Gur çıraqdır Xudafərin.

 

Aramızda dönüb dağa,

Nə qul keçir,nə də ağa.

Zalımdan qisas almağa,

Bir yaraqdır Xudafərin.

 

Sərhəd telindən asdığı,

Dərdli Xan Araz yastığı.

Vətən bağrına basdığı,

Bir bayraqdır Xudafərin.

 

Yavaş-yavaş qızarır dan,

Üzün gülsün Azərbaycan.

Budaqdan asılıb qalan,

Son yarpaqdır Xudafərin