Ağaevli Əli Hacı -SEVƏRDİM
Ədəbiyyat
21:00 / 19.08.2026
Baxış sayı: 1073
Gündüzü görməsəydim,
dağları düz sevərdim !
Sənə gələn yolları
yenə,bir üz sevərdim !
Yurd yerin-qucağımda,
gəl,qızın ocağında !
Quruyan dodağımda
səni,susuz sevərdim !
Sevinmək olmur daha,
ölmək olmur Allaha !
Göy əlçatmaz,yer baha,
onsuz,bunsuz sevərdim !
Dirənsəkdə dalana,
şükür,yenə olana !
Lənət deyib şeytana,
səni,dinsiz sevərdim !
Gördün,necə sevirəm,
yolunda cüt səbirəm !
Gördüm ki,təklənirəm
səni ,sənsiz sevərdim !