YALAN DEMƏYƏ NƏ VAR..- - Idris Babayev

Ədəbiyyat 16:43 / 20.08.2026 Baxış sayı: 160

 

(Çayxanada yazılan şeir)

 

Qəlbimdən keçən hislər,

Bəzən söz ola bilmir.

Tüstülənir içimdə,

Yanıb köz ola bilmir.

 

Çıxar nadan kürsüyə,

Hər nə gəldi danışar.

Bir kəlmə düz söz desəm,

Bütün aləm qarışar.

 

Haqqı deyən hər kəsin,

Başı qalmaqal olar.

Küçələri işıqsız,

Evi darısqal olar.

 

Çayçının kefi kökdür,

Dominosu, nərdi var.

Nərd oynayan bədbəxtin,

İçində min dərdi var.

 

İdris, yatma, qış gəlir,

Oyan yarıyuxulu .

Yalan deməyə nə var ,

Düz danışmaq qorxulu.

20.08.2026