Fərhad Tapdıqoğlu - Yumorlu kəlamlar
Bir az da təbəssüm
Toyda "toy tutmaq istəyən" müğənniyə o toyda elə bir "toy tutdular " ki, atasının toyu yadına düşdü.
=
Qarnının qurultusunu ürəyinin səsi kimi təqdim edənlər də var...
=
Ən böyük oğurluqlar "saqqız oğurluğu"ndan başlayır...
=
Bir var kvadrat və ya kub kök alma,
Bir də var kvadrat ,yaxud kub kökəlmə.
=
Bir evə qonaq gedən birisinin ayaqqabılarını çıxarmamasının səbəbləri bu da ola bilər:
1) corabları çirklidir,ya cırıqdır...
2)ayaqlarından pis qoxu gəlir...
=
Elan:
Filankəsin ağlı başından çıxıb itdiyi üçün etibarsız sayılır.
=
Bəzi zövqsüz bəzəkdənsə,elə təzək yaxşıdır.
=
İstər "quşbeyin adam ",istərsə də "quşpeyin adam" olsun...Fərqi yoxdur...
=
Aciz,fərsiz kişinin arvadı qonşunun qapısını döyər.
=
Bəzi məmurların dilindən:
"Bu ana torpağın adı ham(ı)mızın,
Sərvəti ,dövləti ,dadı bizimdir"
( Z.Yaquba rəhmət)
=
"Manqallardan çıxan tüstü kasıbın,
Manqalların üstündəki bizimdir"- deyir bəzi məmurlar.
=
"Başqa bir iş gəlmir mənim əlimdən,
Məmur olacağam ölənə kimi"
(P.S.Bunu bəzi millət vəkillərinə də şamil etmək olar)
=
Nağıllarda qəhrəmanlar tez böyüyür,bu gün bizdə, real həyatda "böyüklərin " uşaqları.
=
Siqaret çəkənlərə qarğış:
"Görüm ,tüstüsü burnundan gəlsin"
=
Bir mahnının sözlərini xatırladım:
"A ,telli ,telli oğlan,
Ay şirin dilli oğlan"
Saçlarımız tökülüb,keçəlləşmişik ...Telimiz qalmasa da,şükürlər olsun şirin dilimiz hələ ki,var...
Fərhad Tapdıqoğlu