OLMAYIB - Əşrəf  Veysəlli

Ədəbiyyat 09:24 / 19.05.2026 Baxış sayı: 733

 

Mən görüş təşnəsi, vüsal düşkünü,

Onsuz yaşadığım bir gün olmayıb.

Heç kəs mənim kimi onun eşqinin

Soyuq Sibirinə sürgün olmayıb.

 

Bəşərə örnəkdir əzabı Türkün,

Göydəki şimşəkdi qəzəbi Türkün.

Görən doğrudanmı əsəbi Türkün

Heç zaman bu qədər gərgin olmayıb?

 

Bu Qazax, bu Özbək, bu Hun. Bu Tatar…

Gah yallı oynayar, gah qurşaq tutar.

Əl ver, görsünlər ki, dünya bu qədər,

İndiki biçimdə Türkün olmayıb.

2017- ci il.