Vahid Aslan - Qəlbimdən keçənlər

Ədəbiyyat 10:40 / 20.05.2026 Baxış sayı: 263

 

Ən çox sevdiyim şəhərdən

Uzaq bir kənd,

Bu kəndin torpaq adamları,

Ürək bulandıran

Qəribə işlərdən uzaq adamları,..

Bu adamların halallığa uzanan

Fəhlə yolu,

Yolların sinəsi

Cadar-cadar olmuş

Ümidlə dolu,..

Yol qırağında

Pərişan saçını küləklər oxşayan

Tənha söyüd,

Söyüd ağacının kolgəsinə çəkilən

Qərib bir daş,

Və mən də,..

Bu daşa söykənib

Səni düşünəydim yavaş-yavaş.