Əlirza HƏSRƏT - KƏNDDƏ
Gəl bu sazı köklə,aşıq,
Simləri düşüb dolaşıq.
Yuvasından uçan quşuq,
Mən qürbətdə,ruhum kənddə.
Kölgəmdən abidə qurub,
Günəş də eləyib qürub.
Uşaqlığım boynun burub,
O sultanım,şahım kənddə.
Göz muncuğu lalə xalı,
Bəzəyib yamacı-yalı.
Taleyimin küsgün halı,
Ala gözlü ahum kənddə.
Rəsmin çəkib son yarpağın,
Üzündən öpdüm torpağın.
Qoynuna qısılıb dağın,
O "Yetim segah"ım kənddə.