Bəhram Bilaloğlu - Dağları,yamacları
Dağları,yamacları,
Zövqü səfa bəxş edir.
Boylananda ulduza
Səma yerin nəxş edir.
Gəzir gözün bəbəyi,
Ruha verir ehtiyac.
Çəmənliyə can atır,
Yaşıl olur min əlac.
Şərt deyil ki,səyahət
Sanasan ekvatoru.
Bir az dərindən düşün
Nadan atmasın toru.
Yeganə insandı ki,
Dayandığı nöqtədə,
Xeyli yeri fəth edir,
Dayanır həm qitədə.
Necə gəzməsin axı,
Payında xəyalı var.
Gərək elə yaşasın
Olsun ona etibar.