Aləmzər  Sadiqqızı -  Bir küləkdi...bir yağışdı.. bir də mən...

Ədəbiyyat 18:50 / 22.11.2026 Baxış sayı: 185

 

Yenə külək, yenə yağış, yenə sən...

Gözlərimdən tökülürsən niyə sən?

Sən gedəli təbiət də dəyişib,

bir küləkdi, bir yağısdı, bir də mən.

 

Heç axtarma onda, bunda yarını,

Mən ürəkdə söylə görüm yar hanı?

Min ildi ki, axtarırsan dünyanı,

Aşkar da mən, pünhan da mən ,, sirr də mən!

 

Döndərmisən sevgi adlı mələyə,

Sən gəlməsən can vermərəm fələyə,

And içirəm bu yağışa, küləyə,

Həcc də mənəm, ocaq da mən, pir də mən.

Al könlümü vur ikiyə böl birə...

Sən həyatı yaşamısan min cürə,

İmtahan et bu Aləmi bir sürə,

dünya da mən, cahan da mən, Yer də mən!!!

22.11.2024