Nüsrət Kəsəmənli- “Yarı məndə, yarı səndə”
İkimizdə bir ürək var:
Yarı məndə, yarı səndə
Sevgi adlı bir ağacıq:
Budaq məndə, barı səndə.
Çiçək bitir gül izində,
Bir məna var hər sözündə,
Bir buluduq göy üzündə:
Yağış məndə, dolu səndə…
Bir ovçuyam, günüm ovda:
Qaça-qaçda, qovhaqovda…
Ömrümüz bir şirin sevda:
Pətək məndə, balı səndə.