Xəyalə Sevil - Hava- noyabr

Ədəbiyyat 09:59 / 22.11.2026 Baxış sayı: 680

Hava- noyabr.

Açıq-saçıq geyinmiş ağaclar,

Gecənin gözündə ehtiras.

Vaxt- təklik.

Keçib güzgünün önünə

Bir şəkil çəkdirirəm-

Şəkillər adamı xoşbəxt göstərir.

Yenə

Zəhərə dönür xatirələrin şirinliyi,

Yenə üşüdür məni

Aramızın sərinliyi.

Başını qatıram həsrətin.

Başından ki keçməmişəm,

Çöldən ki tapmamışam bu ümidsizliyi.

Hər gün xırda-xırda xərcləyirəm,

Nə vaxt bitər, bitər