Əli Hacı Ağaevli - Əli Hacı Ağaevli

Ədəbiyyat 10:37 / 22.11.2026 Baxış sayı: 689

İstəyirsən ölüm səninçün,

Ölünü neynirsən axı ?!

Günü yamaq kimi geyinirəm əynimə,

Əyin-başıma deyinərsən axı !

 

Bilirsən dilim necədir?!

Şirinliyi gedib,acısı adam incidir.

İnciyənin könlünü almaq da daha gecdir,

Alaram könlünü,öyünərsən axı !

 

Mən,siqara çəkməmişəm heç

Sağlığına hərdən-hərdən içmişəm,keç !

Əlifbası dəyişmiş keçmişəm,keç

Oxuya biməzsən,göynərsən axı !

Yanağlarımdan yol vermirəm göz yaşlarıma,

Ağlamağım qoyular qarşıma.

Sən Allah,təkliyimə qarışma

Ölərəm,neynərsən axı ?!