Fərhad  Tapdıqoğlu - Qaytar-an

YAZARLAR 09:50 / 23.11.2026 Baxış sayı: 176

 

(hekayə)

Orta məktəbdə valideyn iclasında tanış olmuşduq.Qəzlarımlz bir sinifdə oxuyurdular.Adı maraqlı adlardandı:Qaytar-an.

Elə o zamandan ailəvi gediş -gəlişimiz vardı.Nəsillərində sayılıb- seçilən kişilərdəndi Qaytar-an kişi.

Sözünün qabağında söz deyən,söz qaytar-an olmazdı.Hələ heç bir kəs

ona cavab qaytar- mamışdı.Qohumların xeyir işlərində də başda olardı.Əgər nişanlı gənclərin arasında problem yaşanıb,nişanı qaytar-maq həddinə çıxardısa ,mütləq Qaytar-an kişini çağırırdılar,barışığa nail olardı .Qohumlar ,dostlar arasındakı bütün mübahisəli məsələlərdə Qaytar-an kişi orada olardı ...

Ondan mənəvi ,hətta bəzən maddi dəstək istəyənlərı əliboş qaytar-mazdı Qaytar-an.

Öz ağıllı məsləhətləri ilə çoxlarını düz yola qaytar- mışdı Qaytar-an kişi...

Orta məktəbi yaxşı oxusa da,ali təhsil almamışdı.Tikintidə fəhlə işləmişdi.İndi yaşa görə pensiyadadır.

Əzbərdən çoxlu şeir bilirdi Qaytar-an kişi.Ən çox sevdiyi şeirlərdən biri Əli Kərimin "Qaytar ana borcunu" şeiri idi:

"Bir gözəl sevimli oğul böyütdü ana...

...Qaytar-san o sözləri sözsüz bil,lal olarsan...

...Qaytar-san o yerişi yerindədəcə qalarsan...

...Qaytarsan o gülüşü hırıldamazsan daha...

...Qaytar,qaytar onları,qoyma qalsın sabaha...

...Qaytar oğul borcunu.O borc sənin özünsən ,özünü qaytar geri..."

Qaytar-an kişi çoxlu bədii ədəbiyyat oxuyub ,elə indi də oxuyur.

Klassik şair,yazıçıların da,müasir yazarların da əsərləri onun kitab rəfini bəzəyir.

Kitabları rəfdən götürüb,oxuyub ,yerinə qatar-ıb qoymayanlara əsəbiləşir .Çox səliqə- sahmanlıdır Qaytar-an kişi.

Qaytar-an kişi danışır ki,orta məktəbdə oxuyanda Cəlil Məmmədquluzadənin "Bəlkə də qaytar-dılar " hekayəsi əsasında yazdığı

inşanı şəhər maarif şöbəsində də ( indiki təhsil şöbəsi) bəyənmişdilər.

Təəsüflər olsun ki,bu yolla davam etməyib Qaytar-an kişi.Bəlkə də oxusaydı,indi ən azından gözəl ədəbiyyat müəllimi olardı.

Müsiqini də çox sevir Qaytar-an kişi.Oktay Ağayevin,Flora Kərimovanın ifalarında "Qaytar eşqimi" mahnısını dinləməkdən həzz alır:

"...Qaytar ötən günlərimi...

Gəl ,qaytar eşqimi,

O bir solğun çiçək deyil.."

...Mobil nömrəmə zəng gəldi.Qaytar-an kişi idi.Dedi ki,"nasazlamışa

m, dur gəl bizə".

Getdim,yediklərini qaytar-ırdı Qaytar-an kişi.Təsili yardım çağırdıq.

Ciddi bir şey yox idi.Bir balaca soyuqlamışdı.

Adam yaşa dolanda,bir az uşaqlaşır,qayğı görmək istəyir...

Həkim resept yazdı,qayıdıb getdi.

Qaytar-an kişinin rəngi özünə qayıdırdı yavaş- yavaş.

Qaytaran kişi ard-arda bir neçə stəkan zoğal mürəbbəsi ilə çay içdi,tərlədi...

Söhbət eləməyə başladı:

--Həə qardaş,Akif İslamzadə oxuyur ee:

"Keçən günlərimi qaytar-aydılar ,

Gələn günlərimi qurban verərdim"

Vallah qaytar-saydılar ,mən də qurban verərdim.Ancaq naşükürlük eləmirəm.

Ailə,uşaqlar,nəvələr...Yaşayırıq də ,şükürlər olsun bizi Yaradana.

Sadəcə ətrafımızda baş verənlər məni qıcıqlandırır .

Məmurların talan etdiklərini ,burda və xaricdə yerləşdirdiklərini büdcəyə qaytar-salar ,dövlətə bilirsən nə qədər xeyri olar?!

Əşi,bunu qoyum,onu danışım.

O günləri görürəm ki,bir cavan oğlan tuman-paça( tumançax,alt paltarında ) eyvana çıxıb.Qışqırdım ,istədim gedəm abrını bükəm ətəyinə,arvad qoymadı,məni qaytar-dı...

Bu zaman mən də dilləndim:

--Srağagün görürəm üzbəüz binada yaşayan bir qadın pırsımış mer- meyvəni eyvandan aşağı tulladı.Vallah ,məni də yoldan qaytar-dılar.Yoxsa gedib "JEK"( MİS) müdirinə də şikayət edəcəkdim... Bizim binalarda da belə sakinlər var.

Qaytar-an kişi:

--Bu ağrılı yerimizdən biridir.

Mən başqa bir şeydən danışım:

--Tərəqqiyə,inkişafa bax ee,telefonla çəkilən şəkilləri də geri qaytar-maq olurmuş.

Mən gülə-gülə:

--Bəli,qaytar-ırlar.Marketlərdə elanları oxumusan?

"Alınan mallar geri qaytar-ılmır".

Qaytar-an kişi:

---Bir yenilik də budur.Alış-veriş zamanı əlavə dəyər vergisindən müəyyən faizi alıcılara qaytar-maq barəsində qərar var-dedi.

Amma biz yaşadığımız o gözəl gənclik illərimizi bir daha geri qaytar-a bilmərik.

Şair demişkən:

"Ömrün qız-qaytar-an çağına bir də,

Nə sən qayıdarsan,nə mən ürəyim"

Bəli "qız-qaytar-an "illərimiz uzaqlarda qalmışdır.

...Nəyi qaytar-masaq da,itirilmiş,işğal olunmuş torpaqlarımızı ,Qarabağımızı qaytar-malıydıq.

Qaytar-an kişi də,mən də kövrəldim...

Şükürlər olsun Ordumuz Qarabağımızı azad elədi,qaytar-dı özümüzə.

Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin.

...Qaytar-an kişi ilə bir neçə dəfə Qarabağımızı ziyarətə getmişik.