Kəmalə  Abiyeva  Aydın  qızı - DÜNƏNDƏ QALDIM

Ədəbiyyat 21:25 / 22.11.2026 Baxış sayı: 337

 

Sevmədim ki, səndən başqa kimsəni,

Əllərim kimsəyə darıxmadı ki.

Əllərim sevmədi özgə birini,

Gözlərim kimsəni axtarmadı ki.

 

Mən sənə darıxdım, darıxdım sənə,

Ürəyim sinəmdə əsir kimiydi.

Qoşulub həsrətin sənsizliyinə

Nəfəsim külək tək əsir kimiydi.

 

Heç səni unutmaq istəmədim ki.

Sənsiz sabahlar da mənim olmadı.

Nə aylar, nə illər ötmədi sanki,

Mən elə sən olan dünəndə qaldım