Şakir  Xanhüseyinli - BİZ BİLƏMƏYİZ...

Ədəbiyyat 10:03 / 23.11.2026 Baxış sayı: 227

 

bəxtimiz gülməsə biz güləməyiz,

bəlkə tox tutağın ürəyimizi;

tanrı bildiyini biz biləməyiz,

tanrını bilməzlər bilməzlər bizi...

 

heç nəyi dəyişməz dur deməyimiz,

istəsək bir gözdən yaş siləməyiz;

yükü əyilənə nə köməyimiz,

tanrı bildiyini biz biləməyiz...

 

ödəyəməyiz ki, bir borcumuzu,

yolu əyri gedib düz gələməyiz...

şirincə yaşayaq hər acımızı,

tanrı bildiyini biz biləməyiz...