Əli Hacı Ağaevli - Bir payız yağış yağdı,

Ədəbiyyat 11:05 / 24.11.2026 Baxış sayı: 539

Bir payız yağış yağdı,

üstünə yay sevgimin !

Bir qışın yükü düşdü,

üstünə yaz günümün !

 

Günlərim sərxoş kimi,

içdi meyi ömürdən .

Günlərimə bənzədim,

özüm də hərdən,hərdən !

 

Qəribliyə çəkildim,

uçdu sözümün damı.

Söz içində dəfn edin,

qəribliyin ADAMIN !