Məmməd Qədir - Sinəsində
İlahi nə gözəl becərmiş yarı,
Çicəyi burnunda, bar sinəsində!
Yayın ortasında üşütmə tutub,
Off, donub qalmısam qar sinəsində!
Çöhrəsi ciçəkdi, hüsnü bahardı,
Libasi insaflı, köynək xumardı,
Hayıf, düymələri mərdiməzardı,
Gözətçi dayanıb dar sinəsində!
Canının iciyəm, yaxına qoymur,
Əfsanəyə gülür, nağıla uymur,
Dərmanım olduğun bilsə də qıymır,
Gözümü çıxardır nar sinəsində!
Yoxum qabardıqca varım cəkildi,
Kəpənəyim uçdu, arım çəkildi,
Ruhum bədənimdə tarım cəkildi,
Sarı simə döndüm tar sinəsində!
Cismim də, ruhum da gəlibdir dilə,
Bəs necə qonum o ərköyün gülə,
İlahi, məni Ay işığı elə,
Girib xumarlanım yar sinəsində