Əşrəf Veysəlli - SƏNİ GÖRDÜYÜM GÜN
Dünyanın ən gözəl günü bilmişəm
Sən mənim qarşıma çıxdığın günü.
Ömrümün ən gözəl gülü bilmişəm
Gülüb, gözlərimə baxdığın günü.
O gündür, o gündür, o gündür, gülüm,-
Hisslərin əlində boğulduğum gün.
Sənin baxışınla vurulub, ölüb,
Sənin ürəyində doğulduğum gün.
Həlim bir duyğutək sinəmə axdın,
Mehrini könlümdən uzağa salma.
Mən səndən yapışıb ayağa qalxdım,
Ay eşqim, sən məni ayağa salma.
2019- cu il