Uğurlar Aynur İsmayıl.
Yenises.az bildirir ki, bu gün AYB Lənkəran Bölməsində maraqlı bir görüş keçirilib. Bununla bağlı redaksiyamıza bilgi verən AYB Lənkəran Bölməsinin rəhbəri tanınmış yazıçımız Qafar Cəfərli vurğulayıb ki, bu gün bizim bölməni əsas vəzifələrindən biri də bölgədə yaşayan hər bir gənc yazara dəstək olmaqdı..Elə bu gün keçirilən görüşdə həmin məqsədimizin real nümunələrindən biridir.
Bölmə rəhbəri daha sonra qeyd edib ki, sizə təqdim etdiyim şəkildə mənimlə yanaşı duran gözəl qızımız Aynur İsmayıldır.
Aynur ćox istedadlı gəncdir. Universitetin son kurs tələbəsidir. Yaşı az olsa da artıq Türkiyədə iri həcmli bir romanı işıq üzü görüb.
Bölməyə bu günkü gəlişinə özü qədər mən də sevindim. Səbəb Aynurun görüşə yenicə çap olunmuş "Təsadüfmü,zərurətmi" adlı növbəti romanın yer aldığı kitabı ilə gəlməsi idi. Nəfis şəkildə çap olunmuş bu kitabı Aynurun növbəti uğuru kimi qəbul etdim. İnşallah,yaxın günlərdə kitabın təqdimatını keçirtməyi qərara aldıq.
Aynur xanım yeni kitabını Bölməmizin kitabxanasına ,mən də bir kitabımı ona hədiyyə etdim.
Aynurun atası peşəkar hərbiçı İsmayılov Nurəlinin qızına,onun istedadının üzə çıxması üçün göstərdiyi diqqət və qayğı məni heyran etdi və buna görə Nurəli müəllimə şəxsən təşəkkür edirəm.
Dostlar! AYNUR İSMAYIL imzasını yadda saxlayın. Bu gözəl -göyçək,
səmimi,ağıllı,mədəni,həm də ciddi,ən əsası isə çox istedadlı qızımızın ədəbiyyatımızda məxsusi yer tutacağına, ədəbi hadisə ola biləcək əsərlər yazacağına əminəm.
Uğurlar Aynur İsmayıl.

