Elnur Uğur Abdiyev: - Aləmə itlər hürüşdü

Ədəbiyyat 13:31 / 19.10.2026 Baxış sayı: 591

Aləmə itlər hürüşdü,

Bizə çaqqal da hürmədi.

Sevinc bəxtimizə düşdü,

Ömrün bir an da sürmədi.

 

Gəldim, baxdım,yatdım,susam,

Gördüm yuxumdu qan qusan.

Onda ayıldım məhbusam,

Gördüm ki, dünya türmədi.

 

Qışqırdım dan yeri pörtdü,

Qışqırtım çox səsi örtdü.

Səsim boyumu da ötdü,

Boyum mənə boy vermədi.