Hafiz Baxış - “Ürək”
Mən səni indi də görəndə, inan,
Gözümdə yaş donur, bədənimdə qan,
Könlümü vermişdim sənə bir zaman,
Könüldən qiymətli, de, nə verəydim?!
Sən idin eşqinə ilk inandığım,
İllərlə oduna gizli yandığım.
Dünyada hər şeydən əziz sandığım,
Canımı desəydim, sənə verərdim.
Sən mənim eşqimi versən də bada,
Yanmışam, yanaram yenə bu oda.
Bir ürək vermişdim sənə dünyada
Biri də olsaydı, yenə verərdim…