Şakir  Xanhüseyin - hə, dörd açaq gözümüzü,

Ədəbiyyat 11:09 / 19.10.2026 Baxış sayı: 690

hə, dörd açaq gözümüzü,

kömək əlimizi də.

qucağımızı dörd açaq

bir arzuya, ümidə...

İşıq düşsün damdan dama,

qapımızı dörd açaq bir salama,

qol, qanad-

ey dadi-bidad-

açmalı nə var dörd açaq...

qulağımızı dörd açaq

bəzən sükuta.

haqdandı ruzi, dörd açaq,

süfrəmizi dörd açaq...

bir qarış irəli getməyə

bir addımımızı dörd ataq...

bir acıya sinəmizi dörd gərək,

oynamayaq özgə havalara.

əyilən bir divara

çiynimizi dörd verək!..