Rəfail Tağızadə - Sükutun harayı
Ədəbiyyat
10:41 / 19.10.2026
Baxış sayı: 716
Sükut qəfil elə qışqırdı ki,
bir anın içində öldü gecənin sevinci,
dalğalar geri döndü,
Ay da küsüb getdi -
qərib bir sakitlik…
İşıqlı nə vardısa çevrildi xatirələrə,
itdim qaranlığın boşluğunda,
sükutun əli ağzımda…