Xanım İsmayılqızı - Çox şey istəmirik ki...

Ədəbiyyat 20:33 / 18.10.2026 Baxış sayı: 670

 

Bir az əmin-amanlıq...

Adamlardan adamlıq...

Diriləcək insanlıq...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

 

Göz görəsi uzaqlıq...

Əllər çatan yasaqlıq...

Bir azca da azadlıq...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

 

Sığal çəkən havalar...

Rahat olan yuvalar...

Bitə bilən davalar...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

 

Ürəyimizə təpər...

Kədərimizə çəpər...

Açıla bilən səhər...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

 

Yaşamaq üçün həvəs...

Dolanmaq üçün nəfəs...

Səslərə səs verən səs...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

 

Ölümü dayandırmaq...

Haqsızlığı yandırmaq...

Ruhları oyandırmaq...

Çox şey istəmirik ki...

Xanım İsmayılqız