Biz "Eşqin yolunu seçənlərdənik - Bəhram Bilaloğlu

Ədəbiyyat 12:38 / 18.10.2026 Baxış sayı: 2532

Biz "Eşqin yolunu seçənlərdənik,

Oyuna salmaz ki,bəsirətimiz.

Nə qədər iftira,yalan satsalar,

Allaha çatacaq şəhadətimiz.

 

Neçə qərinələr keçdi ömürdən,

Çaxmağı boşuna çəkənlər gördük.

İmanla Allaha iman gətirib,

Ruhundan verdiyi ömürü sürdük.

 

Yıxmaq istədilər o bir ağacı,

Elmsiz adamlar,nadan adamlar.

Ağaca xəyanət eyləmək olmaz,

Gərək dərk eyləsin zindan adamlar.