Aləmzər  Sadıqqızı -  MÜBARƏK OLSUN

Ədəbiyyat 13:12 / 17.10.2026 Baxış sayı: 752

Bu gün beynəlxalq Kasıblar günüdur...

Zarafatyana...

 

Bu gün kasıblar günüdur.

Günüm mübarək olsun!

Min-min üzdən ağ olan,

Üzüm mübarək olsun!

 

Ürəyimdə yüz dərdim,

Güldən belə şeh dərdim,

Güldurməyə söz verdim,

Gözüm mübarək olsun!

 

Ağladım, güldüm, durdum ,

Daha azaddı yurdum...

Sözdən bir qala qurdum,

Sözüm mübarək olsun!

Aləm ozü bahardı,

Yaz könlümü apardı,

Bu da olsun söz ardı...

Yazım mübarək olsun!