Ağaevli Əli Hacı -Sevginin üzünü görmək olmur

Ədəbiyyat 09:00 / 17.10.2026 Baxış sayı: 830

 

 

Sevginin üzünü görmək olmur,

Nifrətsə alt paltarında gəzir !

Şişirdilmiş dodaqlarıyla küçələr,

Ərəb qatarında gəzir !

 

Əsəbıliyin tıxacından,

Ürəyə qan daşımır damarlarımız !

Namusun intihar evinə çevrilib,

Qeyrət satan hamamlarımız !

 

Din adıyla Allahsızlar,

İbadəti pərdə çəkir gözümüzə !

İmanımızı quru yerdə qoyublar,

Yağış da yağmır üzümüzə !