Kamala Abiyeva Aydın Qızı - Ağlamaq istəyirəm
Ağlamaq istəyirəm
için-için, hönkürə-hönkürə,
nə yaxşı, nə yaxşı ki, ağlaya bilirəm.
Göz yaşım könül yağışım,
təkliyimin yoldaşı, sevincimin , kədərimin yaddaşı.
Göz yaşım ürəyimin sirdaşı,
ağrım, acım, səadətim,nifrətim, məhəbbətim
Ağlamaq istəyirəm...
Damla-damla ürəyimi ovutmaq istəyirəm,
qəmimi , kədərimi unutmaq istəyirəm.
Göz yaşım-ağlamaq istəyim,
ağlaya bilməyim.
Göz yaşım-
yaşamaq istəyim, yaşaya bilməyim.