Bəhram Bilaloğlu - Danışmağa yer qalmadı

Ədəbiyyat 11:18 / 16.10.2026 Baxış sayı: 1666

Danışmağa yer qalmadı,

Sözüm qaldı,gözüm qaldı.

Bu həyatdan doymayanlar

Can qurtardı,dözüm aldı.

Enişi nə,yoxuşu nə,

Çalışasan,vuruşasan.

Hörülən hər divarını

Uçurdasan,baş vurasan.

İz saxlayan izlər itə,

Alnındakı qırış kimi.

Böyüdükcə xəyalların

Plan ola yarış kimi.(ı)

Tab gətirmir söz ülgücü,

Kəsim-kəsim çarpazlaşa.

Yıxır ümid dirəyini

Yetmir əli dərd buzlaşa.