Şakir Xanhüseyinli - KİMDİ ƏSİL
Həyatımızda həmişə
yarımçıq qalan bir şey var.
kimsə ay verə, verməyə,
dilimizdə bir "ehey" var...
Mənə əvvəl sənə sondu,
necə baxdım gülə, soldu...
eh, nə sayaq güləsən, dur,
qulağımda bir az küy var;
O küydə ahla vah səsi,
birdən itmə vahiməsi...
kim bədəsil, kimdi əsil,
bir saf varsa, iki zay var...