Əlizadə Nuri - Sənə bir sirr açım, Allah
Olaq, şanə- şanə olaq,
Bir eşqdən nişanə olaq.
Gəl, iki pərvanə olaq-
Çıraq qalsın aramızda
Bir tarixin daşı olaq,
Bir səmanın quşu olaq.
Yarpaq kimi qonşu olaq
Budaq qalsın aramızda
...Dərddən toxdu acın,allah,
Bir yer göstər qaçım, allah.
Sənə bir sirr açım,allah
Ancaq qalsın aramızda...