Əlirza HƏSRƏT - KÖVRƏKTDİ MƏNİ

Ədəbiyyat 12:46 / 19.10.2026 Baxış sayı: 627

 

Tərsinə uçurdum səni görməyə,

Sənə bel bağlayıb,könül verməyə.

Əllərim gəlmədi bir gül dərməyə,

Hər çiçək çələngi kövrəltdi məni.

 

Dumandır dövləti,varı dağların,

Gəl çıxaq seyrinə barı,dağların.

Əriyib sel oldu qarı dağların,

Suların ahəngi kövrəltdi məni.

 

Bir durna köçüsən hər xıyalımda,

Qoy lələk saldığın yerdə qalım da.

Bu tənha vaxtımda,xəstə halımda,-

Gəlməyən dost zəngi kövrəltdi məni.