Şakir  Xanhüseyinli - SƏN- GÖYÜZÜNƏ  ÇOXDAN YIXILAN ADAM

Ədəbiyyat 09:45 / 23.10.2026 Baxış sayı: 92

 

əlin dizin üstə yıxılar,

qolun qoynuna,

yıxılar saçların alnın boyu gözün üstə.

birdən ürəyin qucağına yıxılar,

sağ ayağın sol ayağın üstə düşər...

günahlar da beləcə

bir-birinin üzərində qalaqlanar;

deyil də günahkar,

bir günahsız suçlanar ...

durub bu işdəcəklərə

məlul-məlul baxarsan bir yandan

sən-- göyüzünə çoxdan yıxılan adam...