Nazim Əhmədli - ÜZÜM QARIŞIQ DÜŞƏR

Ədəbiyyat 21:55 / 21.10.2026 Baxış sayı: 453

 

 

Hərdən solan yarpaqlar,

sonda qırışıb düşər;

bəzən bəxt də insana,

dərdə bulaşıb düşər;

 

hardadı, ötən ağlım,

kim dəli, kim ağıllı;

xoşbəxtlik kimə çoxlu,

kimə bir qaşıq düşər;

 

sular hardan axırlar;

çiçək açır ağrılar,

ot tutubdu cığırlar,

yollar dolaşıq düşər;

yanım, baxma tüstümə,

alışarsan istimə;

yarpaqların üstünə

sap-sarı işıq düşər;

ağca bulud nə sində,

yoğrulur kündə-kündə;

kölgələrin içində,

üzüm qarışıq düşər.