Ramiz  Qusarçaylı -Etibar yoxdu

Ədəbiyyat 20:00 / 21.10.2026 Baxış sayı: 536

 

Tanrım, tövbə, ta şeirə

Sözə etibar yoxdu.

Şou-şair əhliyik

Bizə etibar yoxdu.

 

Nə huş, nə də ağıldı,

Eşq İlahi nağıldı,

Tutdu, öyün yıxıldı

Gözə etibar yoxdu.

 

Sənət ədəb edamı,

Nə adı var, nə tamı,

Düzdə qoyur adamı

Düzə etibar yoxdu...