Əlirza HƏSRƏT - XATİRƏ-XATİRƏ BƏZƏ

Ədəbiyyat 17:50 / 21.10.2026 Baxış sayı: 523

 

Coşub-daşan bir dəniz ol,

Dalğalarla yarışım qoy.

Başını söykə sinəmə,

Sularına qarışım qoy.

 

Bax bu qərib aşığına,

Heyrandı yaraşığına.

Qərq olaq Ay işığına,

Ulduz-ulduz sayrışım qoy.

 

Xatirə-xatirə bəzə,

Könlüm yatsın yola,izə.

Heykəl olsun eşqimizə,

Bu şahanə duruşun qoy.

Məşəl tutdum dağ qarından,

Dağ dönmədi ilqarından.

Səni durna qatarından,-

Lələk-lələk soruşum qoy