Əli Hacı Ağaevli - Gülüm,gözlərinin yaşından
Gülüm,gözlərinin yaşından
göyərib bu fikir bağım!
Canımdan payız barı kimi tökülür,
baxışlarının altına qəm yarpağı !
Qışın üzünə qapı açdım,
Donmuş suda gördüm özümü!
Sınardım,
əyilib öpə bilmədim üzümü !
Dünyanın düzünə çıxa bilmədim,
Dağın,dərəsin üşüdüm !
Çölün soyuğluğundan,
Evin içini üşütdüm !
Ürəyində yerimi sal,
Yol çəkən gözlərini bağla qəmə !
Qoy,sənin ürəyindən,
Qapını bağlayım ölümə