Saqif  Qaratorpaq - Mən səni harda görmüşəm

Ədəbiyyat 11:44 / 21.10.2026 Baxış sayı: 782

***

Mən səni harda görmüşəm,

Bu qədər doğmasan nədən?

Yoxsa ilk dəfə gördüyüm

Yuxudan çıxıb gəlmisən?

 

Yolun nə yaman uzandı?

Bax,üstümü xəzəl alıb.

Zalım,səni gözləyirəm

Min ildi xəyala dalıb...

 

Uzat,tutum əllərindən,

Ətrinə batım,bayılım.

Göz yaşını səp üstümə,

Şirin yuxudan ayılım.

26.09.2024.