Bəhram Bilaloğlu -O xoş təbəssümün bəsimdir,oğlum

Ədəbiyyat 21:12 / 21.10.2026 Baxış sayı: 1722

O xoş təbəssümün bəsimdir,oğlum,

Sənin baxışına boylanıram mən.

Allah,xoşbəxtliyin sirri nədir ki?

Övlad gülüşündən boy alıram mən?!

 

Sevgilər azalar,adiləşər də,

Ata məhəbbəti azalmaz ancaq.

Övlad tikan olsa,batsa da ələ,

Kırıxmaz Atalar düzəldər sancaq.

 

Necə bağlıyamsa elə,obaya,

Onlar da mənim tək fədaidirlər.

Həmsöhbət olanda anlayıram ki,

Çıxmışlar məkandan,sədaidirlər.