Şövkət Zərin Horovlu. - Gecələr
(Qürbət şeirləri silsiləsindən
Brüssel!)
Sevgimizi ulduz-ulduz,
Dərib saxayar gecələr
Qəribliktək pəncərəmdə,
Qübar bağlayar gecələr.
Yol çəkəndə baxış-baxış,
Səpiləndə yağış -ysğış.
Yad gəlib yaxln olmamış,
Məni haxıayar gecələr.
Tənhalığım dözüm olub ,
Gecə ağlar gözüm olub
Açıq pəncərəmdən dolub ,
Hərdən yoxlayar , gecələr.
Dünya köçündən keçəndə,
Həsrət gözümdən içəndə.
Sənsiz dünyadan köçəndə,
Məni ağlayar gecələr.
Özüm özümü ağladı
Yolumun çoxun getmişəm,
Qalan o azdan qorxuram.
Başa çıxan baş girləyir,
Ağlı dayazdan ,qorxuram.
Sözlülər qoymadı dinək,
Səbrə sığınıb dinmədik.
Önsüzlər önə çəkildi,
Biz yerimizi bilmədik.
Ağ yalanlar uddu bizi,
Haqsız haqlını qatladı.
Bir ömürlük dözüm seçdik ,
Ürək dözümdə çatladı.
Ölmədiril gün yaşadıq ,
Bilmədik bu nə savaşdı.
Ya sənə ya məmə,qardaş ,
Dəyən elə eyni daşdı.
Ömür sürüşüb əynimdən,
Sandım ta əcəl haxladı.
Dayanıb yol ayrcında,
Özüm,özümü ağladı.