Ağaevli Əli Hacı  -  ÇƏK

Ədəbiyyat 09:16 / 23.10.2026 Baxış sayı: 65

Rəssam,kiməm mən,bilən yox,bu mənin qəmini çək

Bu qəm evində kiməm,kimliyimin rəsmini çək !

Azmırıq hər gileyə,elmə tərəfdir üzümüz

Ömrə işıq verəcək,fövqü-bəşər elmini çək !

İmanımı haqq eylədim.fırçanı qara boya

Məscidin,Kilsələrin bizlərə gəl,kəmini çək !

Çün ki,eşqdən doğulur,var ilə yoxun arası

Var ilə yoxu verənin,tabloya dəmini çək !

Tanrımın öz evi var,hər gün içimdə yaşayır

Bəxtimə yatan vaxtı,gözlərimdən hamını çək !

Göstərmə bu rəsmi yara,sındırarsan özünü

Ürəyi,gözü onunki,gəl sözündə məni çək !

Dağıtmağa ayrılığı mən ki,eşqdən gəlirəm

Sən bu eşqin adına,dur Əlinin cəmini çək